Manşet Xəbərlər — 31 July 2014

Hərəkatın siyasi bürosunun rəsmisi “Hizbullah”ı İsrailə qarşı cəbhə açmağa dəvət edib. “Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun üzvü Musa Əbu Mərzuq Livanın “Hizbullah” hərəkatını İsrailə qarşı cəbhə açmağa çağırıb. Rusiyanın “RİA-Novosti” agentliyinə açıqlama verən Əbu Mərzuq “Hizbullah” hərəkatının İsrailə şimaldan cəbhə açacağına ümid etdiyini və terror rejiminə qarşı birgə mübarizə aparacaqlarını deyib. Xatırladaq ki, ötən həftə Ümumdünya Qüds Günü münasibətilə çıxış edən “Hizbullah” lideri Həsən Nəsrullah Qəzzada hədəfin yalnız HƏMAS deyil, bütün fələstinli müqavimət qrupları olduğunu bildirmişdi.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.