Xəbərlər — 08 August 2014

Yəhudi haham Amnon Yitzak Misir prezidenti Əbdülfəttah əs-Sisidən yardım istəyib.

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin tanınmış dini liderlərindən, haham Amnon Yitzak Misirdə hərbi çevrilişlə hakimiyyətə gələn prezident Əbdülfəttah əs-Sisidən yardım istəyib. Haham Yitzak yenilməz İsrail ordusunun 1000 nəfərlik HƏMAS döyüşçüsü qarşısında tab gətirə bilməyərək qaçdığını ifadə edərək, Sisinin yəhudilərin yeganə ümidi olduğunu deyib. Haham İsrailin məğlubiyyətindən, minlərlə əsgərin HƏMAS döyüşçüləri ilə döyüşməməsindən və ABŞ-0ın Qətər üçün İsraildən vaz keçməsindən sonra yəhudilərin Sisidən mədəd ummaqdan başqa yollarının qalmadığını iddia edib. Yitzakın Tövratdan “dəlil” gətirərək, baş verənləri şərh etməsi isə ölkədə ciddi mübahisə doğurub. Belə ki, israillilər müqəddəs kitabları Tövratın “Təsniyə” bölümünün 30-cu maddəsində yer alan ifadələrlə razılaşmaq istəməyiblər. “Onların qayası özlərini satmasaydı və Rəbb onları ələ verməsəydi, necə bir nəfər min nəfəri qovar və iki nəfər on min nəfəri qaçırdardı?” – deyə Tövratın sözügedən maddəsində bildirilir. Haham bununla da İsrail əsgərlərinin Rəbblərinin qəzəbinə düçar olduqlarını və bu səbəbdən, məğlubiyyətə məhkum olacaqlarını ifadə edib. Yitzak HƏMAS tərəfindən atılan 1 raket nəticəsində yüzlərlə yəhudinin yerin altındakı zirzəmilərə sığındığını və qorxudan bağıraraq, ağladıqlarını xatırladıb.

 

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.