Xəbərlər — 06 June 2014

Hərəkat işğalın Fələstinin islam diyarı olduğu həqiqətini dəyişdirməyəcəyini bildirib.
“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, HƏMAS hərəkatı Fələstinin islam diyarı olduğunu bəyan edərək, ölkənin İsrail tərəfindən işğal edilməsinin bu həqiqəti dəyişdirməyəcəyini bildirib.

Hərəkatın açıqlamasında ərəb xalqlarını və bütövlükdə islam ümmətini Fələstini azadlığa qovuşdurma mübarizəsinə çağırış ifadə olunaraq, ümmətin 1967-ci ildə düşmənə məğlub olmasına baxmayaraq, bunun tamamilə təslimolma mənasına gəlmədiyi vurğulanıb.

Məlumat üçün deyək ki, 1967-ci il iyun ayının 5-də sionist işğalçı qüvvələri Fələstinin İordan çayının qərb sahilini, Qəzza zolağını, Qüdsün şərq hissəsini, Qolan yüksəkliklərini və Sinay yarımadasını işğal etmiş, nəticədə 350 mindən çox fələstinli və 150 mindən çox suriyalı vətənlərindən didərgin düşmüşdü.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.