Manşet Xəbərlər — 02 July 2014

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, futbol üzrə Fransa millisinin hücumçusu Kərim Benzema hər oyundan qabaq Quranı dinlədiyini deyib. Quranı dinlədikdə rahatlıq tapdığını deyən müsəlman futbolçu dünya çempionatı ərzində oruc tutub-tutmadığı ilə bağlı sualı da cavablandırıb. Fransız “qol maşını” millinin Nigeriya ilə keçirilən son qarşılaşmasında da oruc tutduğunu, bu məsələdə Baş məşqçi Didye Deşamp ilə heç bir problemin yaşanmadığını qeyd edib. “Quran Allahın kəlamıdır. Surələr gözəl və sanballı ifadələrlə doludur. Onu dinlədikdə rahatlıq tapıram”, – deyə Əlcəzair əsilli idmançı açıqlamasında qeyd edib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.