Azərbaycan Xəbərlər — 15 May 2014

Paytaxt Bakıda temperatur 33 dərəcəyədək yüksələcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Məlumata görə, mayın 16-da Bakıda və Abşeron yarımadasında havanın az buludlu olacağı gözlənilir. Hava əsasən yağmursuz olacaq, səhər yarımadanın bəzi yerlərində zəif duman gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 15-18, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 15-20, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Share

About Author

Azerimuslims

(0) Readers Comments

Comments are closed.