İslami Manşet Məqalələr Xəbərlər — 22 September 2017

Nə üçün namaz?

Namaz qılmağa yönələk deyə nə üçün görüşlərimizi ləğv edir, əlimizdəki işi bir kənara qoyur, alış-verişi yarıda kəsir, nə qədər əhəmiyyətli olursa-olsun, gündəlik işlərimizi təxirə salırıq?

Nə üçün Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) imanla küfrün arasındakı əsas fərqin namaz olduğunu bildirmişdir? Ölüm döşəyində Peyğəmbərin söylədiyi son sözlərdə namaza dair xəbərdarlıq nəyə görə idi? “Namaz! Namaz!”

Əslində namaz cəzadır, yoxsa mükafat? Əgər namazda bir çətinlik vardırsa, onda bu çətinlik nədən ibarətdir? Əgər namaz qılarkən, doğrudan da, həzz alırıqsa, onda bu nə həzdir, görəsən? Nə üçün göstərilən vaxtlarda namaz qılırıq? Nə üçün məlum hərəkətləri edirik? Nə üçün namazların rükət sayı bildiyimiz qədərdir? Nə üçün namazlarımızda məlum ayə və sözləri oxuyuruq? Nə üçün bütün dinlərdə namaz ayini olmuşdur? Nə üçün cihaddan, Allah yolunda vuruşub şəhid düşməkdən üstün və əhəmiyyətlidir Allahın və elçisinin nəzərində?

Etiraf etməliyəm ki, əlli il namaz qıldıqdan sonra nəhəng ticarət layihəsinin sahibi olduğumu öyrəndim. Elə bir ticarət layihəsinin ki, Uca Allah onun büdcəsinə aid kapitalı sərmayə qoyum deyə bank hesabıma yatırıbmış. Məhz əlli ildən sonra başa düşdüm ki, daha çox qazanmaq və həzz almaq üçün bu kapitalı idarə etməyin ən ideal üsulunu tapmalıyam.

Bəxtin gətirib iki qarışqa dəstəsi arasında balaca qənd tikəsi üstündə gedən savaşın bir şahidi olsan, nə görərdin? Hər iki dəstə tikəni ələ keçirməyə çalışır, bir qarışqa digərinin üstünə atılır, başqa bir qarışqa rəqibinin ayağından kiçicik dişləri ilə yapışır ki, qənd tikəsinə çata bilməsin. Bir sözlə, bir-birinə hücum çəkib savaşan qarışqalar görürsən qarşında. Heç şübhəsiz ki, iki kiçik ordu arasındakı bu qəribə savaşa baxaraq gülürsən ki, axı nəyin üstündə bir-birinizi didirsiniz? Heç nəyə dəyməyən adi qənd tikəsinin üstündə…

Həqiqi və bitkin şəkildə namaz qılsaydın, dünyadan uzaqlaşıb Allaha yaxınlaşdığını hiss edər, o uca dərgahdan aşağıya – dünyaya – namazınla tərk edib arxanda qoyub getdiyin dünyaya nəzər salar, iri gördüyün hər şeyin sezilməyəcək qədər kiçildiyinin şahidi olardın. Onda bilərdin ki, qarışqların ölüm-qalım savaşına girişdikləri o dəyərsiz qənd tikəsi əhəmiyyətsiz dünyandan başqa şey deyildir. Bu tikəni əldə etmək üçün vuruşub bir-birini öldürən həmin ağılsız qarışqalar isə səni və digər insanları təmsil edirlər. Bir-birinə hücum çəkən, biri-biri ilə əlbəyaxa olan, bir tikə qənd üçün qələbəyə can atan bizlər – biz insanlar…

Tərcümə etdi: Elvüsal Məmmədov

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.