Xəbərlər — 05 August 2014

Addım ayətullah Şirazi və Əli Xamneyi qarşıdurmasının davamı kimi qiymətləndirilir. “Azerimuslims.com” Rusiya mətbuatına istinadən xəbər verir ki, Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın tələbi ilə İranın 8 şiə telekanalının fəaliyyətinə xitam verilib. İranın təhlükəsizlik orqanlarının sözügedən telekanalların bürolarında axtarış apardıqları və bir neçə əməkdaşı nəzarət altına aldıqları xəbərdə qeyd olunub. İranın Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyi faktı təsdiqləyərək, telekanalları qeyri-qanuni fəaliyyətdə, məzhəblərarası nifrət və ədavət yaymaqda, şiəliyi gözdən salmaqda ittiham edib. Habelə telekanalların əməkdaşlarına qarşı xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq ittihamı da irəli sürülüb. Qum şəhərinin meri Məhəmməd Sadiq Salehi Nəsrullahın məlum telekanalların bağlanması üçün nümayəndə heyəti göndərməsi barədə məlumatı təsdiqləyib. İranın bir sıra informasiya agentlikləri fəaliyyətinə xitam verilməsi nəzərdə tutulan telakanalların mərhum ayətullah Şirazinin ideyalarını yaydığını xəbər verib. Maraqlıdır ki, ayətullah Şirazi İranın ali dini lideri Əli Xamneyiyə müxalifliyi ilə tanınırdı.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.