Manşet Xəbərlər — 07 November 2014

Suriya rejiminə hərbi yardım göstərən 65 “Hizbullah” yaraqlısı müxaliflər tərəfindən öldürülüb.

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyada Bəşşar Əsəd rejiminə hərbi yardım göstərən Livanın “Hizbullah” hərəkatına ağır zərbə vurulub. Belə ki, Dəraa şəhərində müxaliflərlə Əsəd rejiminə yardım göstərən “Hizbullah” yaraqlıları arasında baş verən toqquşmalarda 65 hərəkat üzvü öldürülüb.

Suriyalı fəallar döyüşlərdə 150 rejim əsgərinin yaralandığını, öldürülən hərbçilərin əksəriyyətinin cəsədlərinin küçələrdə qaldığını xəbər veriblər. Müxalif qüvvələrdən ağır zərbə alan BƏƏS rejiminin Hələb, Həma və Dəraada “Hizbullah” yaraqlıların xidmətindən əhəmiyyətli dərəcədə istifadə etdiyi bildirilib.

Bu arada İranın və “Hizbullah” hərəkatı rəhbərliyinin xalqın etirazlarına tuş gəlməmək üçün ölən döyüşçülərinin sayını ictimaiyyətə az açıqlamağa çalışırlar.

/azerimuslims/

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.