Tarixdə ibrət alınacaq bir çox örnəklər olduğu kimi, elə ibrət alınacaq məktublar da mövcuddur. Həmin məktublarda dövrün siyasi gedişatına, məğlub və ya qalib tərəfin fikirlərinə rast gəlinir. Belə məktublardan biri də Hun Xaqanının yazdığı beş-on cümləlik məktubdur. Yəni bir zaman çinlililərin hakimiyyətini tanımağa məcbur qalan Hun xaqanı İşbara xan dilinə, adətinə bağlılığını, bunların vazkeçilməz olduğunu bir Türk xaqanı olaraq Çin imperatoru Ka-o-tsuya yazdığı kiçik məktubunda qeyd edərək, adət-ənənə və milli kimliklərinə dəyilməməsini istəmişdi.

Həmin məktubda deyilir:

“Oğlumu sizə göndərirəm, sarayında qalacaq. Hər il də ilahi soydan gələn atlar göndəriləcək. Hər gün, sabahdan axşama qədər əmrinizdə olacam. Fəqət, istədiyiniz kimi geyimlərimizin önünü kəsməyə, çiyinlərimizdə dalğalanan hörüklərimizi açımağa, atalarımızdan bizə qalan dilimizi dəyişdirməyə cəhd etməyin. Sizin adət-ənənə və qanunlarınıza gəlincə, millət olaraq bizim örf-adətlərimiz və dilimiz o qədər qədimdir ki, onlara toxunmağa cəsarət edə bilmərik. Bütün millət eyni qəlbi, eyni düşüncəyi daşıyır…”

/enternews.az/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.