Kim - kimdir? Manşet — 10 September 2014

Türkiyəli yazıçı, pedaqoq.

Hüseyn Gülərcə 1950-ci ildə Türkiyənin Ədirnə vilayətinin Kəşan qəsəbəsində anadan olub. Orta məktəbi Kəşanda bitirdikdən sonra Ədirnə Müəllimlər Məktəbində, daha sonra isə İstanbul Ali Müəllimlər Məktəbində və İstanbul Universitetinin Riyaziyyat fakültəsində təhsil alıb.

1969-1977-ci illərdə “Yenidən Milli Mübarizə” jurnalında və “Bayraq” qəzetində jurnalist kimi fəaliyyət göstərməklə yanaşı, künc yazıları yazıb.

Daha sonra Yalova Liseyinin müdiri vəzifəsində çalışaraq, həm də fizika fənnini tədris edən Gülərcənin sonrakı iş yeri Bursa Milli Təhsil İdarəsində müdir müavini vəzifəsi olub.

Bir müddət siyasi fəaliyyəti çərçivəsində Anavətən Partiyasından millət vəkilliyinə namizədliyini irəli sürən Gülərcə 25 il ərzində ölkənin nüfuzlu “Zaman” qəzetində künc yazıları ilə çıxış edib.

1989-cu ildən etibarən qəzetin əməkdaşı olan yazıçı “Zaman” qəzetində bir sıra aparıcı vəzifələri icra edib.

Türkiyədə 2013-cü il 17 dekabr hadisəsindən sonra mənsubu olduğu icmanın hökumətlə münasibətlərində yol verdiyi yanlışlıqları tənqid edən Gülərcə 2014-cü ilin avqust ayının 26-da uzun müddət işlədiyi “Zaman” qəzetindən istefa edir.

Hazırladı: Anar Rüstəmov

/azerimuslims/

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.