Manşet Xəbərlər — 18 June 2014

Siyasi təhlilçilər müxalifətin prezidentliyə vahid namizədinin imkanlarını dəyərləndiriblər. “Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Cumhuriyyət Xalq Partiyası (CXP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) prezident seçkilərində müxalifətin vahid namizədi kimi Əkmələddin İhsanoğlunun namizədliyini irəli sürüb. İslam Konfransı Təşkilatının sabiq Baş katibinin namizədliyinə münasibət bildirən Türkiyənin aparıcı sosial araşdırmalar ictimai birliklərinin rəhbərləri İhsanoğlunun Baş nazir Rəcəb Tayyib Ərdoğanla rəqabət apara bilməyəcəyini ifadə ediblər. “AG” Sosial Araşdırmalar Təşkilatının sədri Adil Gur xalqın böyük əksəriyyətinin İhsanoğlunu tanımadığını və Ərdoğanın prezidentliyə namizədliyini irəli sürəcəyi təqdirdə birincinin məğlub tərəf olacağını düşündüyünü bildirib. “Konsensus” Araşdırmalar Şirkətinin sədri Murad Sarı İhsanoğlunun Ərdoğanla girişəcəyi prezidentlik kürsüsü uğrunda rəqabətə indidən məğlub başladığını ifadə edib. “GENAR” Sosial Tədqiqatlar şirkətinin sədri İhsan Ağdaş isə İhsanoğlunu klassik CXP diplomatlarının dindar versiyası hesab etdiyini və cəmiyyətdən qopuq bir şəxs olduğunu deyib. Ağdaş İƏT-in sabiq Baş katibinin kütlələri hərəkətə gətirə bilmək iqtidarında olmadığını da vurğulayıb.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.