Elmi Manşet Məqalələr Xəbərlər — 28 March 2016

Məlumdur ki, insanın immun sistemi bədəndə bir “əsgər” vəzifəsini yerinə yetirir. O, bədəni bir çox virus və mikroblardan qoruma funksiyasını üzərinə götürərək, sözügedən mikrob və virusların dəridə hərəkət edərək müəyyən yolla insan bədəninə daxil olmasına mane olur.

Habelə immun sistemi bədənə daxil olan yad cisimlər və infeksiyalarla mübarizə aparmaqla yanaşı, bədənin yaralardan tez bir zamandan sagalmasına kömək edir. Bütün bunlara baxmayaraq biz, hələ də bir möcüzə hesab edilən immun sistemimiz haqqında bəzi həqiqətlərdən xəbərsizik. Bu sistem haqqında araşdırmaların ortaya qoyduğu mühüm məlumatlarla tanış olmaqda fayda vardır.

  1. Qan və limfama

 İmmun sistemi bədəndə yad cisimlərlə mübarizə aparmaq üçün özünəməxsus strategiyaya malikdir. Bu sistem beş litr qırmızı və beş litr ağ qan dənəciklərindən istifadə edərək çox güclü köməkçi qüvvədən istifadə edir. Sözügedən ağ qan dənəciklər bədən hüceyrələri arasında axan rəngsiz mayedən ibarətdir. İmmun sistemi özündə əsas olaraq aşağıdakı ünsürləri birləşdirir: dəri, sümük iliyi, timus vəzi, dalaq, ağ qan hüceyrələri, antikor və hormonlar.

  1. Ağ rəngli döyüşçülər

 Bəzi filmlərdə cəngavərlərin alov püskürən əjdahalarla vuruşduğunu görmüşük. Həmin cəngavərlər bəşəriyyəti sözügedən əjdahanın zülmündən xilas etdikləri kimi ağ qan hüceyrələri də bədənə daxil olan yad cisimlərlə mübarizədə eyni funksiyanı yerinə yetirirlər. Onlar bədəndə mövcud problemin varlığını ortaya çıxarmaq üçün xəbərverici rol oynayırlar. Bədəndə müxtəlif növ ağ qan hüceyrələri mövcuddur ki, onların hər birinin özünəməxsus silahları vardır. Bunlardan biri antikor adlanır ki, onlar bədənə sızan yad cisimlərə qarşı mübarizə aparırlar. Antikorlar yalnız bakteriyalarla əməkdaşlığa üstünlük verir. Məlumat üçün qeyd edək ki, ağ qan hüceyrələri bir neçə həftə, yaxud da bir neçə gün yaşayır. Bu müddətdən sonra onlar yenilənir. Bəzən bir qram qanda 2500-ə qədər ağ qan hüceyrələri mövcud olur. Xərçəng xəstələrinin qanında isə bunların sayı 5000 hüceyrəyə qədər çata bilir.

  1. Təbii öldürücü hüceyrələr

Bu hüceyrələr filmlərdə gördüyümü muzdlu döyüşçülərə bənzəyir. Onlar proteinlərlə silahlanıb, həmin silahları virusların, xərçəng hüceyrələrinin məhv edilməsində istifadə edirlər. Sözügedən hüceyrələr hər hansı isə virus hüceyrənin divarlarına təmas etdikdə bu muzdlu döyüşçülər işə qarışaraq onları məhv edir. Təbii ki, onlar adi, yaxud bədəndəki digər qan hüceyrələrinə hücum etmirlər.

  1. İltihab, qızdırma və yeni izlər

Bəzi insanlar iltihab və qızdırmadan xoşlanmır. Amma bu onu göstərir ki, bədən hələ də müqavimət və müdafiə olunmaq gücünə sahibdir. Qızdırma bədəndə daha çox ağ qan hüceyrələrinin ifrazına, maddələr mübadiləsi və hüceyrələrin çoxalması əməliyyatının dayanmasına gətirib çıxarır. İltihab isə bədəndə toplaşan ölü hüceyrələrin nəticəsində əmələ gəlir. Bu da dərinin genişlənməsinə gətirib çıxarır ki, onlar zərərli hüceyrələrin bədənə təsir etməsinə hədd qoyur, həmin zərərli maddələrin bədəndə çoxalmasının qarşısını alır.

  1. Yuxu

Heç ağır işdən sonra qəfildən yorğunluq hiss etmişsinizmi? Bax bu, immun sisteminizin sizdən qisas alma formasıdır. Yuxu təkcə sizin rahatlığınızı təmin edən bir amil deyil, hətta immun sisteminiz belə ən az beş saatlıq yuxu normasını almalıdır. Bədəninizə iş zaman verdiyiniz əziyyətdən immun sistemi də öz payını alır. İmmun sisteminiz siz yuxudan qalxdığınızdan və işə başladığınızdan etibarən sizin görmədiyiniz şeylərdən sizi müdafiə edir, qoruyur.

  1. Günəş şüası

Bədənə təbii yolla vitaminlərin daxil olması günəş şüaları ilə mümkündür. Bu zaman bədən D vitamini qəbul edir. Habelə günəş enerjisi bədəndə bəzi zərərli hüceyrələrin silsiləvi çoxalmasının qarşısını alır, sizi xərçəng, ürək xəstəlikləri kimi bəlalardan qoruyur. Günəş şüaları immun çatışmazlığından əziyyət çəkən insanlara da tövsiyə olunur. Bir insanın 10 dəqiqə günəş altında oturması kifayət edər ki, həmin şüaların faydasını görsün və immun sisteminin bir çox fəaliyyətini yeniləsin.

  1. Gündəlik normadan artıq iş immun sisteminə təsir edir

Sizin immun sisteminiz günün istənilən vaxtı istənilən vəzifənin yerinə yetirməyə hazırdır. Ancaq bəzi hallarda o, vərdiş etdiyi işin əvəzinə daha çətin və məsuliyyətli işi öz üzərinə götürür. Qeyd edək ki, gündəlik təzyiq ürəyə, əsəb sisteminə təsir etdiyi kimi immun sisteminə də təsirsiz ötüşmür. Bu səbəbdən gündəlik iş normamıza diqqət yetirməliyik.

  1. Gülüş

Məlumdur ki, gülüş bir çox xəstəliklərin dərmanıdır. Bir çox hallarda o, bədəndə maddələr mübadiləsini tənzimləyir. Habelə gülüş bədəndə serotanin adlanan hormonun ifrazını artırır. Bu hormon depressiya, yorğunluq kimi problemləri aradan qaldırır. Araşdırmalar sübut edir ki, hər gün 20 dəqiqə gülmək sizi həkimə getməkdən xilas edəcək və immun sisteminizin gözəl şəkildə fəaliyyətini təmin edəcək.

  1. Cansağlığında faydalı bakteriyaların rolu

Bağırsaqlar bakteriya və digər mühüm maddələrlə zəngindir. Bu bakteriya və maddələr yeməyin həzm edilməsində mühüm rol oynayır. Ancaq bir çox bakteriya da mövcuddur ki, sizin orqanizminizə zərər verə bilər. Bu səbəbdən daha sağlam qalmağınız üçün digər faydalı bakteriyalara ehtiyacınız vardır.

/azerimuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.