Manşet Xəbərlər — 22 September 2014

İraq türkmənlərinin humanitar vəziyyəti pisləşir.

İraq və Şam İslam Dövləti (İŞİD) hərəkatının nəzarətindəki İraqın türkmənlər məskunlaşan Telafər qəsəbəsində humanitar vəziyyət pisləşir.

“Azerimuslims.com” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Telafərdən qaçan türkmənlər İŞİD-in hava zərbələrinə qarşı mülki vətəndaşları “canlı qalxan” kimi istifadə etmək üçün əhalinin bölgəni tərk etməsinə məhdudiyyət qoyduğunu deyiblər.

Bölgəni tərk edən türkmənlər bəzi türkmən siyasətçilərin həbs olunduğu, İŞİD-in tərk edilən evlərə zorla yiyələndiyini bildiriblər. Artıq türkmənlərin tərk etdiyi evlərə İŞİD döyüşçülərinin ailələrinin yerləşdirildiyi şahid ifadələrində qeyd olunub.

Bölgədə xeyli sayda evin, ictimai binaların, iş yerlərinin talan olunduğunu deyən Telafer qaçqını Qənim Məhəmməd qəsəbədə əhalinin İraq ordusu və İŞİD arasında toqquşmalardan dolayı can təhlükəsizliyinin olmadığını deyib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.