Elmi Manşet Məqalələr — 08 June 2015

İnsult haqqında məlumatınız olarsa, bəzi insanların həyatını xilas edə bilərsiniz.

Əvvəlcə kiçik bir əhvalat

Təbiət qoynunda istirahət zamanı gənc qız getdiyi halda birdən sərt şəkildə dayandı və yerə çırpıldı. İstirahət edənlər yardım göstərmək istəyərkən, qız hamını arxayın etdi ki, ciddi bir şey yoxdur, yeni ayaqqabılara öyrəşmədiyindən daşa ilişib və yıxılıb.

Qızın bənizi ağarmışdı və çox əzgin görünürdü. Ətrafdakılar onun üstündən qumu çırpdılar və bir qab yemək verdilər. Ertəsi günü İnqa bir problem olmadan keçirdi. Hər kəs evinə dağıldıqdan sonra onun yoldaşı tanışlara zəng vurub, İnqanı “Təcili yardım” maşını ilə xəstəxanaya apardığını söylədi. Axşam saat 11-də İnqa dünyasını dəyişdi. Bu ölümün səbəbi insult idi. 

Əgər istirahət edənlər insultun əlamətlərini bilsəydilər, İnqa yıxılan zaman ilk yardım göstərərdilər və qız sağ qalardı.

Əslində qəfil ölümlərə səbəb olan xəstəliklərin simptomları özünü uzun müddət bu və ya digər şəkildə büruzə verir. Bu simptomları bilərək, vaxtında həkim çağırmaqla xəstəyə yardım göstərmiş, həyatını xilas etmiş olarıq.

Aşağıdakı mətni oxumaq çox vaxtınızı almaz…

Neyrocərrahların dediyinə görə, insult zamanı 3 saat ərzində xəstəyə ilk yardım göstərilərsə, onun ağır nəticəsindən yan keçmək olar. Əsas məqam xəstədə baş verən kliniki halın məhz insult olduğunu dəqiq təyin edib, qısa müddət ərzində bu vəziyyətə uyğun hərəkət etməkdir. Söz yox ki, bu iş bir o qədər də asan deyildir.

Bu xəstəliyi tanımağın 4 üsulu vardır:

  • xəstəyə dodaqlarını bacardığı qədər geniş açaraq gülümsəməsini söyləyin (o bunu çətinliklə edəcək);
  • qısa cümlələr qurub söyləməsini deyin (məs. indi yağış yağır);
  • əllərini yuxarı qaldırmasını deyin (o bunu bacarmayacaq, ola bilsin, qismən bacardı);
  • dilini çıxarmasını xahiş edin (əgər dili əyilmiş və ya çevrilmişsə, xəstəni yubanmadan xəstəxanaya çatdırmalısınız).

Eyni zamanda, ətrafların keyiməsi, miqren, başhərlənməsi və görmə səlisliyinin pisləşməsi həkimə müraciət etmək üçün əsas ola bilər.

Əgər bu əlamətlərin hər hansı biri müşahidə olunursa, həkimə zəng vurun və simptomları telefonla söyləyin. Bu sadə simptomları bilməklə siz insult xəstəsinə kömək göstərə, hətta bir çox halda onun həyatını xilas edə bilərsiniz.

PS: Daha bir neçə simptom: qəfil zəiflik, gözlərin qaralması və bir gözdə görmənin zəifləməsi, başqasının nitqini anlaya bilməmək, ürəkbulanması və qusma ilə nəticələnən qəfil güclü başağrısı, məkanda istiqamət götürmənin pozulması, müvazinətin və huşun itirilməsi.

Kardioloqlar əmin edirlər ki, bu yazını oxuyan hər kəs onu 10 nəfərə çatdırsa, ən azı 1 insult xəstəsini xilas etmiş olacaq!

/http://all-4-woman.ru/

 

Tərcümə etdi: Zülfiyyə Əmrahlı

/azerimuslims/

 

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.