Manşet Türkiyə Xəbərlər — 26 November 2015

Türkiyə ilə Rusiya arasında münasibətlərin bundan artıq gərginləşməsinə imkan verilməməlidir. Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Rusiya hərbi təyyarəsinin Türkiyə hərbi hava qüvvələri tərəfindən vurulandan sonra iki ölkə arasında yaranmış gərginliyə münasibət bildirərkən deyib.

Səfir qeyd edib ki, həm Rusiya, həm də Türkiyə İranın yaxın qonşularıdır: “Bu baxımdan qonşularımız arasında münasibətlərin yaxşı olması bizim üçün mühümdür. Biz heç vaxt istəməmişik ki, dostlarımız arasında gərginlik yaransın. Eyni zamanda, biz digər ölkələrə də tövsiyyə edirik ki, Rusiya ilə Türkiyə arasında gərginliyin daha da dərinləşməməsi üçün lazımi işlər görsünlər”.

Səfir hesab edir ki, regiondakı ölkələr terrorizmə qarşı birgə mübarizə aparmalıdırlar.

M.Pakayin regionda vəziyyəti gərginləşdirməyə çalışan ölkələrə də bu yoldan çəkinməyi tövsiyyə edib: “Regiona müdaxilə etməyə çalışan ölkələr vəziyyətin daha da gərginləşməsinə səbəb olmamalıdırlar”.

/trend.az/

Share

About Author

dlvmmazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.