Manşet Xəbərlər — 31 May 2014

Abdullah İskəndərinin öldüyünü əks etdirən fotoşəkillər yayılıb.

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusunun nüfuzlu komandanlarından sayılan Abdullah İskəndəri Suriyada Bəşşar Əsəd rejimi müxalifləri tərəfindən öldürülüb.

İran mətbuatında dərc olunan xəbərlərdə İskəndərinin bir müddət əvvəl paytaxt Dəməşqətrafı rayonlardan birində öldürüldüyü bildirilib. “Payvand” xəbər portalının məlumatında korpus komandirinin Dəməşqdəki Seyyidə Zeynəb türbəsini mühafizə etmək məqsədilə Suriyada olduğunu iddia edib.

Məlumat üçün deyək ki, Suriyada Bəşşar Əsəd rejimi səflərində xeyli sayda İran əsgəri və Livanın “Hizbullah” hərəkatının yaraqlıları döyüşür.

Share

About Author

(0) Readers Comments

Comments are closed.