Manşet Xəbərlər — 29 May 2014

Daha 42 nəfərin yaralandığı bildirilir.
“Azerimuslims.com” Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verri ki, İraqın Bağdad və Mosul vilayətlərində partlayıcı qurğu quraşdırılmış avtomobillərlə həyata keçirilən kamikadze hücumları 31 nəfərin həyatına son qoyub.
Agentliyin məlumatında partlayışlar nəticəsində daha 42 nəfər yaralanıb. Bağdad Polis İdarəsinin açıqlamasında paytaxtın əl-Cihad, Sədr və əl-Əmin səmtlərində törədilən partlayışlar nəticəsində 12 nəfərin öldüyü, 30 nəfərin isə yaralandığı öz əksini tapıb.
Digər tərəfdən, ölkənin şimalındakı Mosul şəhərində bir kamikadzenin törətdiyi akt nəticəsində 7 nəfəri hərbçi olmaqla 17 nəfərin həyatını itirdiyi, 11 nəfərin isə yaralandığı bildirilib.

Share

About Author

(0) Readers Comments

Comments are closed.