Manşet Xəbərlər — 25 June 2014

İŞİD İordaniya və Suriya ilə həmsərhəd bölgələrə nəzarəti gücləndirir. “Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir Nuri əl-Malikinin məzhəb zəminində həyata keçirdiyi siyasəti ucbatından sünnilər, şiələr və kürdlər arasında 3 hissəyə parçalanan İraqda İraq Şam İslam Dövləti (İŞİD) mövqelərini möhkəmləndirir. Belə ki, İŞİD qüvvələrinin mühüm neft şəhərlərindən Beycini ələ keçirdiyi, eləcə də İordaniya və Suriya ilə həmsərhəd bölgələrdə nəzarəti gücləndirdiyi bildirilib. Bu arada İraqda səfərdə olan Birləşmiş Ştatların Dövlət katibi Con Kerri paytaxt Bağdaddan sonra Ərbil şəhərinə gələrək, kürdləri yeni qurulacaq koalisiya hökumətində təmsil olunmağa çağırıb. Türkiyə mətbuatı kürd və sünni liderlərin Terrinin çağırışına cavab olaraq, Malikinin istefa verməyəcəyi təqdirdə yaradılacaq hökumətdə təmsil olunmayacaqlarını bildirdiklərini yazıb. Siyasi müşahidəçilər rəsmi Tehranın dəstəklədiyi İraqın Baş nazirinin istefa etməyə hazırlaşmadığını, problemin İran-Səudiyyə Ərəbistanı müstəvisində həllini tapa biləcəyini qeyd ediblər. Məlumat üçün deyək ki, bir müddət əvvəl şiə dünyasının tanınmış dini liderlərindən sayılan ayətullah Əli Sistanidən sonra ayətullah Məkarim Şirazi də İŞİD-ə qarşı cihad aparılmasına dair fitva verib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.