Manşet Xəbərlər — 13 August 2014

İraqın yeni Baş naziri Heydər İbadinin paytaxt Bağdaddakı evinin yaxınlığındakı nəzarət məntəqəsinə kamikadze hücumu olub. “Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bağdad Polis İdarəsi intihar hücumu nəticəsində xəsarət alan olub-olmadığı barədə məlumat yaymayıb. Hücum əsnasında İbadinin evində olmadığı bildirilib. İraq prezidenti Fuad Məsumun İbadini yeni Baş nazir təyin etməsi və təyinatın başda ABŞ olmaqla bir sıra nüfuzlu qərb ölkələri tərəfindən dəstəklənməsindən sonra sabiq Baş nazir Nuri əl-Maliki baş verən dəyişikliyə kəskin etirazını bildirib. Digər tərəfdən, Malikinin müşavirinin Bağdadın qan gölünə çevriləcəyi ilə bağlı hədələrindən sonra paytaxtın Hüseyniyyə məscidi yaxınlığında partladıcı qurğu quraşdırılan yük maşınının partladılması nəticəsində azı 12 nəfər ölüb, 21 nəfər isə yaralanıb.

 

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.