Manşet Xəbərlər — 13 August 2014

Hərəkat Türkiyənin yeni seçilmiş prezidentini hədələməyib. “Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, İraq Şam İslam Dövləti (İŞİD) hərəkatın Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanı hədələdiyi və xəlifə Əbu Bəkir əl-Bağdadiyə beyət tələbi barədə yayılan xəbərlərə münasibət bildirib. Hərəkatın rəsmi açıqlamasında xəlifə Əbu Bəkir əl-Bağdadinin Türkiyənin yeni prezidenti, hazırkı Baş nazir Rəcəb Tayyib Ərdoğanı hədələmədiyi və onun İŞİD liderinə beyət etməsini istəmədiyi vurğulanıb. Habelə açıqlamada “Tvitter” sosial şəbəkəsində yerləşdirilən sözügedən məzmunlu tələbin İŞİD lideri əl-Bağdadiyə deyil, izləyicilərindən birinə məxsus olduğu bildirilib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.