Manşet Xəbərlər — 24 November 2014

Suriyanın Kobani (Eyn əl-Ərəb) şəhərinə nəzarəti tədricən itirən İraq və Şam İslam Dövləti (İŞİD) kəndləri satışa çıxarıb.

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞİD döyüşçüləri Kobani şəhərinin kəndlərini ərəblərə satmağa başlayıb. Xəbərlərdə hərəkatın bununla ərəb və kürdlər arasında toqquşma yaratmaq məqsədi güddüyü iddia olunub.

Bölgədəki jurnalistlər İŞİD-in Kobaninin qərbini top atəşinə tutmasına kürd döyüşçülərin raket zərbələri ilə cavab verdiyini bildiriblər. Habelə bəzi xarici KİV İŞİD-in Kobaninin kəndlərini 10 min dollar müqabilində ərəblərə satdığını yazıb.

Ziravık kəndinin sakinləri talan edilən kəndlərinin ərəb qonşularına satıldığını, bundan məqsədin xalqları bir-birinə düşmən etmək olduğunu deyiblər. Kobanidəki kürd döyüşçülər şəhərin 362 kəndini işğal edən İŞİD-in tədricən kəndləri tərk etdiyini xəbər verirlər.

/azerimuslims/

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.