Manşet Xəbərlər — 19 August 2014

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İraq və Şam İslam Dövləti (İŞİD) hərəkatının lideri Əbu Bəkir əl-Bağdadinin ələ keçirilməsi üçün 100 nəfərdən ibarət xüsusi xəfiyyə qrupu yaradıb. “Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, “Gözəgörünməz” ləqəbli İŞİD liderinin yerinin müəyyən edilərək, saxlanılması üçün yaradılan xüsusi qrupun səlahiyyətinə pilotsuz təyyarələr verilib. Peykdən əldə edilən məlumatlarla da təchiz olunan qrupun budəfəki hədəfi 2011-ci ildə “əl-Qaidə” təşkilatının keçmiş lideri Üsamə ben Ladenin öldürülməsi ilə nəticələnən əməliyyatdan sonra başladılan ən böyük “insan ovu” kimi xarakterizə edilib. MKİ-dəki mənbənin açıqlamasında əl-Bağdadinin ələ keçirilməsinin çətin olduğunu, ancaq gec-tez tapılacağı bildirilib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.