Manşet Türkiyə Xəbərlər — 23 September 2014

Suriyada “İslam Dövləti”nin mövqelərinin bombalanması qaçqınların yeni axınını yaradacaq. Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu bəyan edib. Bu barədə Trend çərşənbə axşamı Türkiyənin “TRT Haber” telekanalına istinadən xəbər yayıb.

Onun sözlərinə görə, Ankara bu məsələni ABŞ rəhbərliyi ilə dəfələrlə müzakirə edib.

Bu gün Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi bəyan edib ki, ABŞ “İslam Dövləti” qruplaşmasının Suriyadakı mövqelərinə aviazərbələr endirməyə başlayıb.

Sentyabrın 11-də Prezident Barak Obama “İslam Dövləti” terror təşkilatının yaraqlıları ilə mübarizə strategiyasını elan edib. O qeyd edib ki, hazırda yerüstü əməliyyatlar planlaşdırılmır. Lakin aviazərbələr təkcə İarqda deyil, Suriyadakı terrorçulara da endiriləcək.

Share

About Author

Azerimuslims

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.