Manşet Xəbərlər — 01 August 2014

İraq ordusunda hərbi xidmətdəndən imtina edərək, tövbə edən əsgərlərə “toxunulmazlıq” vəsiqəsi verilir. “Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, İraqda fəaliyyət göstərən İraq Şam İslam Dövləti (İŞİD) İraq ordusunda hərbi xidmətdən peşman olub tövbə edən əsgərlərə “toxunulmazlıq vəsiqəsi” təqdim edir. Hərəkat İraq ordusunda hərbi xidmətdən peşmanlıq hissi keçirib tövbə edənlər və bir daha hökumət ordusunun sıralarına qayıtmayacaq əsgərlər üçün “tövbə mərasimi” keçirib. Mərasimdən sonra hərbçilərə “toxunulmalıq vəsiqəsi” paylanılıb. Vəsiqə sahibi hərbçilər İŞİD-in nəzarətindəki bölgələrdə asanlıqla və təhlükəsiz şəraitdə yaşaya bilir. Dakuk Polis İdarəsinin müdiri Polla Əhməd açıqlamasında İŞİD-in hədəfinə çevrilməkdən ehtiyat edən bəzi hərbçilərin artıq “tövbə” edərək, sözügedən vəsiqə ilə təmin olunduqlarını deyib. Qeyd edək ki, adi kağızdan ibarət vəsiqənin üzərində İŞİD-in möhürü, vəsiqə sahibinin adı və soyadı, fotoşəkli, yaşadığı ünvan və məşğuliyyəti qeyd olunub. “Bismilləhir rəhmanir rəhim” yazısının həkk olunduğu vəsiqədə Qurani-Kərimin “Ənfal” surəsinin 61-ci ayəsi də öz əksini tapıb.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.