Manşet Xəbərlər — 03 June 2014

Birləşmiş Ştatlar Fələstində yeni qurulmuş hökuməti tanıdığını açıqlayıb.

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Birləşmiş Ştatların Dövlət Katibliyinin açıqlamasında ABŞ-ın Fələstində yaradılan yeni hökuməti boykot etmək niyyətində olmadığı və prezident Mahmud Abbasın təsdiqlədiyi Nazirlər Kabinetini yeni tərkibi ilə əməkdaşlıq edəcəyi bildirilib.

ABŞ Dövlət Katibliyinin sözçüsü Con Psaki yeni Fələstin hökuməti ilə əməkdaşlıqla yanaşı, sözügedən hökumətin fəaliyyətini yaxından izləyəcəklərini də deyib. ABŞ-ın Fələstində yaradılan yeni hökuməti tanımasına reaksiya verən İsrail müttəfiqinin bu addımından məyusluğunu gizlətməyib.

İsrail tərəfinin açıqlamasında ABŞ-ın Mahmud Abbasa HƏMAS-la münasibətlərin nəzərdən keçirilməsində lazımi təzyiqi göstərmədiyi üçün təəssüf hissi keçirildiyi öz əksini tapıb.

Share

About Author

(0) Readers Comments

Comments are closed.