Manşet Xəbərlər — 13 August 2014

İsrailin İnformasiya naziri Gilad Ardenn atəşkəsin bu gecə başa çatacağını deyib. “Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin İnformasiya naziri Gilad Ardenn Fələstin tərəfi ilə əldə olunan atəşkəsin bu gecə başa çatmasından sonra Qəzza zolağında hərbi əməliyyatların bərpasını istisna etməyib. Ardenn İsrail radiosuna açıqlamasında İsrail qırıcılarının bu gecədən etibarən Qəzza üzərində uçuşlar həyata keçirə, habelə quru qoşunlarının yenidən zolaq ərazisinə yeridilə biləcəyini vurğulayıb. Nazir tərəflər arasında uzunmüddətli sülh razılaşması əldə olunmayacağı təqdirdə hərbi əməliyyatların bu şəkildə başa çatdırılmasının qeyri-mümkünlüyünü iddia edib. Qeyd edək ki, İsrail və Fələstinin müqavimət hərəkatları arasında 11 avqust tarixində əldə olunan 72 saatlıq atəşkəs bu gecə saat 00.00-da başa çatacaq.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.