Manşet Xəbərlər — 06 August 2014

İşğalçı rejim Qəzzanın silahsızlandırılmasını istəyir. “Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın strateji tunel şəbəkəsinə zərbə vurduqlarını açıqlayıb. Baş nazirlik ofisinin yazılı açıqlamasında Netanyahu hərbi əməliyyatın başlanğıcında uğur qazanacaqlarından əmin olmadığını, ancaq HƏMAS-ın əmək sərf edərək, yaratdığı strateji tunel şəbəkəsinə ağır zərbə vurduqlarını bildirib. İsrailin Qəzzada qarmaqarışıq və çətin əməliyyat həyata keçirdiyi bildirilən açıqlamada Netanyahunun əldə edilən nəticələrdən dolayı hərbçiləri təbrik etdiyi öz əksini tapıb. Baş nazirlik sözçüsü Ofir Hendelman Qəzzanın infrastrukturunun bərpasına razılıq vermələrinin bölgənin silahsızlandırılması şərti ilə mümkün olacağını deyib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.