Manşet Xəbərlər — 01 August 2014

Bu barədə BMT Baş katibi məlumat verib. “Azerimuslims.com” “Anadolu” agentliyinə istinaən xəbər verir ki, BMT Baş katibi Ban Ki-Mun və ABŞ Dövlət katibi Con Kerri İsrail və Fələstinin HƏMAS hərəkatı arasında 3 günlük humanitar atəşkəs barədə razılıq əldə olunduğunu açıqlayıblar. Ban Ki-Mun və Kerrinin birgə açıqlamasında atəşkəsin avqust ayının 1-də saat 08.00-dan etibarən qüvvəyə minəcəyi və 72 saat davam edəcəyi bildirilib. Razılaşmaya əsasən heç bir tərəfin hərbi fəaliyyət göstərməyəcəyi bu müddət ərzində mülki fələstinlilərin humanitar ehtiyacları ödəniləcək, ölən qəzzalılar dəfn ediləcək. Baş katibin açıqlamasında tərəflər atəşkəsə riayət etməyə çağırılaraq, İsrailin və HƏMAS-ın vedikləri vədləri pozmaması istənilib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.