Manşet Xəbərlər — 20 August 2014

İsrailin atəşkəsin pozulmasından sonra Qəzza zolağına raket zərbələri nəticəsində bir nəfər hamilə qadın olmaqla 7 nəfər həyatını itirib. “Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Panoram.az-ın məlumatına görə, İsrail qırıcılarının zolağa son zərbələri nəticəsində 8 nəfər yaralanıb. Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qüdrə ölənlərdən 3 nəfərinin azyaşlı olduğunu bildirib. Qüdrə açıqlamasında son hücumlarda ölən və yaralananların “Şühəda əl-Əqsa” (Əqsa şəhidləri) xəstəxanasına gətirildiyini ifadə edərək, bununla da İsrailin ötən gün axşamdan etibarən hava hücumlarında ölənlərin sayının 9-a, yaralıların isə 61-ə çatdığını deyib. Qeyd edək ki, İsrail tərəfi Qəzzadan raket atıldığını iddia edərək, atəşkəsin fələstinli qruplar tərəfindən pozulduğunu iddia etsə də HƏMAS sözçüsü Sami Əbu Zühri sözügedən iddiaları təkzib edib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.