“Al-Arabiya.net” saytına istinadən bildirilir ki, uzun illər boyu Kəbə məscidində “Hicaz” və digər avazlarla verilən azan və iqamədən sonra ilk dəfədir ki, bu Müqəddəs məkanın zəvvarları Fəcr namazının ilk azanında “Sıbə” avazı ilə verilən azanı eşitmişdirlər.

Kəbə məscidinin ziyarətçisi Şeyx Həsən Diğririn həzin səslə verdiyi azanının səsini çəkərək Youtube-a yerləşdirib. Üç dəqiqəlik videonu şərh edənlərdən bəziləri bu səsdən hüznlənərək, həmin anda Fəcr namazını gözləyənlər arasında olmağı arzu etdiklərini yazıb.

Müəzzinlər avazları gözəl şəkildə əda etməkdə öz imkanları və xüsusi gücləri ilə fərqlənərək istədikləri avazı seçirlər. Lakin Hicazi, Mədəni (Mədinə şəhərinə nisbətdir), Sıbə, Bayat və Nəhəvand avazları müəzzinlər arasında daha məşhurdur.

Müəzzin həmçinin bir azanı bir neçə avazda verə bilər. Necə ki, Kəbə məscidinin məşhur müəzzini Şeyx Əli Molla, Hicazi və Mədəni avazlarını cəm etdiyi üçün onun verdiyi azan “müştərək” avaz adlanmışdır.

 

/selefxeber/

Share

About Author

Azerimuslims

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.