Fiqh Sual cavab — 26 May 2014

Adətən, əhalimizin əksəriyyəti korrupsiyanı məmurlara rüşvət verilməsi və ya məmurların rüşvət alması kimi başa düşür. Bəziləri korrupsiyanı oğurluq, dövlət pulunun və ya malının mənimsənilməsi və ya fərdin tutduğu vəzifəsindən şəxsi mənfəəti üçün sui-istifadə etməsi kimi təsəvvür edirlər.

Qısacası, korrupsiya rüşvətxorluq, hədə ilə pul almaq, pulla ələ atmaq və ya satqınlıq kimi izah edilməkdədir. Rüşvət təkcə alan üçün yox, verən və vasitəçilik edən üçün də haramdır. Allah-təalə: “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onu sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin !”- buyurmuşdur. (Əl-Bəqərə,188)
Rüşvətin dövlət qurumlarına və xüsusilə də məhkəmələrə girməsi çox ağır bir cinayətdir. Peyğəmbərimiz (s): “Rüşvəti alana da verənə də Allah lənət etsin.” (Tirmizi, Əhkam, 9)-deyə qarğış etmişdir, Bir dövlət məmurunun rüşvət alıb haqsız hökm verməsi, çox murdar bir əməldir. Dövlət məmuru öz vəzifə borcunu yerinə yetirməyə borcludur. Hətta dövlət məmurlarının hədiyyə alması da dinimizdə haramdır. Peyğəmbərimiz (s) bir məmuru zəkat yığmağa göndərmişdi, o da qayıdanda Peyğəmbərə (s): “Bu sizindir, bu da mənə verilən hədiyyədir”-demişdi. Pəyğəmbər (s) qəzəblənmiş və ona belə cavab vermişdi: “Sən evində otursan sənə hədiyyə verən olar ya yox” (Müslim). Bununla da O, demək istəmişdir ki, məmura ancaq və ancaq rüşvət niyyəti ilə hədiyyə verilə bilər. Bu isə haramdır.

Share

About Author

(0) Readers Comments

Comments are closed.