Manşet Xəbərlər — 07 August 2014

İŞİD bəzi mövqelərindən geri çəkilib. “Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şimali İraq Kürd Administrasiyasının (ŞİKA) paytaxtı Ərbildən 60 km aralıda yerləşən Mosulun Şəlalət məhəlləsində baş verən toqquşmalardan sonra məhəlləyə nəzarət peşmərgələrin nəzarətinə keçib. Döyüşlərdə xeyli sayda İŞİD döyüşçüsünün öldürüldüyü, kürd döyüşçülərdən bir neçəsinin isə yaralandığı bildirilib. ŞİKA rəhbərliyi toqquşmalar nəticəsində İŞİD-ə məxsus xeyli silah-sursatın ələ keçirildiyini bəyan edib. Bu arada Türkiyə mətbuatı ötən gecə qeydə alınan toqquşmalar zamanı 4 İŞİD silahlısının sağ ələ keçirildiyini, hərəkata məxsus onlarla zirehli texnikanın məhv edildiyini yazıb. Habelə xəbərlərdə hazırda Mosul vilayətinin Ərəbiyyə səmti uğrunda tərəflər arasında qızğın döyüşlərin getdiyi öz əksini tapıb. Məlumat üçün deyək ki, kürd döyüşçülərin öldürdüyü İŞİD üzvlərindən 4 nəfəri Fransa, 1-i isə ABŞ vətəndaşıdır.

 

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.