İslami Manşet Məqalələr Xəbərlər — 23 December 2016

Məhəmməd Abdullah Draz 1894-cü ildə Misirin Küfr əş-Şeyx şəhərində dünyaya göz açıb.

Ziyalı bir ailədə boya-başa çatan Məhəmməd Əzhər universitetinin tanınmış şeyxlərindən Abdullah Drazın oğludur. O, İmam Şatibinin “əl-Müvafəqat” əsərinin məşhur şərhçilərindən idi. Yeniyetmə yaşlarında Quranı əzbərləyən Abdullah universitetinin birinci ilinin ilk semestrinin bitirməmiş, 1916-cı ildə alimlik  diplomu alır.  1928-ci ildə Əzhər universitetində müəllim işləyən Abdullah 1936-cı ildə həccə gedir. Həmin il Fransanın Sorbon Universitetində təhsilini davam etdirmək üçün təqaüd alır. 12 il Fransada qalır. Bu müddət ərzində Qərb mədəniyyətini dərindən öyrənir. Öyrəndiyi bilikləri Qurandakı əxlaq prinsipləri ilə müqayisəli şəkildə gözdən keçirir. “Quran əxlaqı” mövzusunda dissertasiyanı müdafiə edən Abdullah sözügedən universitetin doktorluq diplomunu alır. Orada yaşadığı müddət ərzində tanınmış fransalı şərqşünaslar Levi Mansinyon və Lefi Börfinsalın diqqətini çəkir. Draz 1949-cu ildə Böyük Alimlər Heyətinin üzvü olur. Dinlər tarixi, təfsir və əxlaq fəlsəfəsi kimi dərslərdən mühazirələr verir.

Draz 1958-ci ildə Pakistanın Lahor şəhərində vəfat edib.

Atasının işini davam etdirən oğul Abdullah İmam Şatibinin “əl-Müvafəqat” əsərinin araşdırır. Habelə, İmam Şatibinin “əl-Etisam” adlı kitabı əsasında tədqiqat əsəri yazır. Həmin əsərdəki yeni fikirləri özünün “Sünnə və bidət arasında ölçü” əsərində ortaya qoymağa çalışsa da, ömür buna imkan vermir.  

Mərakeşin Fransa işğalından xilas olması üçün müsəlmanlar arasında qardaşlıq və birgə mübarizə düşüncəsinin formalaşması işini aparır.  

Vüqarlı idi. Nadir insanlardan, xüsusilə də qətərli alim Abdullah əl-Ənsarinin həyatından zəka, təvazökarlıq, vəfa, cəsarət, şücaət, mərdlik, dürüstlük kimi xüsusiyyətləri götürmüşdür. Daşıdığı Quran elminin qiymətini çox yaxşı başa düşürdü. Hara gedirsə getsin, ümmətin dərdini heç bir zaman unutmazdı.  Tələbəsi Şeyx Yusif əl-Qərdavi onu “Əzhərin və Sorbonun oğlu” adlandırırdı.

Bariz xüsusiyyətlərindən biri də Quran aşiqi olması idi. Qurana olan sevgisi onun bütün düşüncəsinə hakim kəsilmişdi. Hər zaman Quran oxuyub, ayələri üzərində dərin düşüncəyə qərq olardı. Elə bir elmi fəaliyyəti olmazdı ki, Quran həmin fəaliyyətin əsas mehvəri olmasın. Məhəmməd Əbu Zəhrə onun haqqında belə deyirdi:

“Bizə axşam namazını qıldırandan sonra, hamımızı yatmağa gedirdik. Ancaq o, namazlarını və qiraətini davam etdirirdi. Onu ya namaz qılan, ya da ki, Quran oxuyan görərdik”.

Mötədil bir alim idi. Ağıl-nəql, sünnə və bidət, qədər və iradə azadlığı, sülh və müharibə, elm və din, əxlaq və qanun kimi mühüm məsələlərə xüsusi yanaşma metodu var idi. Ağıl-nəql məsələsi haqda belə deyirdi: “Xeyr və şəri bir-birindən fərqləndirmək insan nəfsində formalaşan, daxili ilham vasitəsi ilə mümkündür. Bu, səmavi qanunlardan qabaq da vardı. Ancaq ilahi qanun (şəriət) fitrətdə olan əxlaqi qanunları tamamlayır. İnsanlar xeyr və şər məfhumunun tərifində inadçı mübarizəni davam etdirəcəklər. Bu istiqamətdə ağıllar ağılla, duyğular, duyğularla mübarizədə olacaq”.

Belə demək mümkündürsə, Məhəmməd Draz iki elmin: “Quran əxlaqı” və “Quran mənbəyi” adlı iki yeni elmin əsasını qoyub. Birinci elmə dair özünün “Quranda əxlaq düsturu”, ikinci elmə dair isə  “Böyük xəbər” və “Qurana giriş” adlı kitabları qələmə alıb.

Məhəmməd Draz başa düşürdü ki, əvvəllər heç kimin getmədiyi bir yola ayaq basıb. Ona görə də o, bu elm sahələrində fərqli bir iş ortaya qoymağa başlayır. Onun kitablarını oxuyan kəs bu deyilənlərin həqiqət olduğunu başa düşə bilər.  O, Quran ayələrinin məntiqi və tarixi nöqteyi-nəzərdən ələ almağı üstün tuturdu. Ondan əvvəlki alimlər isə  Quranın əsasən dil yönündən ecazkarlığını ortaya qoymağa çalışırdılar. Bu, tam yeni bir metod idi. Bu metod Quranı ərəb mədəniyyəti çərçivəsindən çıxarıb, ümumbəşər mədəniyyətinin bir  qaynağı  kimi ortaya qoydu.

Tərcümə edən: Dilavər Məmmədov

/azerimuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.