Manşet Xəbərlər — 05 June 2014

Ömrünü Qurana həsr edən Həsən Takak 300 hafiz yetişdirib.

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Kütahya vilayətində yaşayan 75 yaşlı Quran hafizi Həsən Takak indiyədək 300 tələbəsinə müqəddəs kitabı başdan sonadək əzbərlətdiyini deyib.

50 ildir ki, yaşadığı Simav qəsəbəsindəki Quran kurslarından birində müəllimlik edən Həsən Takak tələbələrindən bəzilərinin müfti, prokuror, hakim, işadamı və pedaqoq kimi fəaliyyət göstərdiklərini bildirib. Minlərlə tələbə yetişdirməsi ilə bölgədə ən çox tanınan şəxslərdən birinə çevrilən Həsən Takak dövlətdən sosial təminat almadığını deyib.

“Mənim sosial təminatım Allahın razılığıdır. Yetişdirdiyim 300 hafizlə qürur duyuram. Bəzi tələbələrim yerli və beynəlxalq müsabiqələrdə yüksək nailiyyət əldə ediblər”, – deyə Quran müəllimi müsahibəsində qeyd edib.

Takak 30-35 il boyu evində Quran dərsi keçdiyini bildirərək, tələbələrin sayının çoxalmasından dolayı Quran kursu açdığını deyib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.