Manşet Xəbərlər — 30 July 2014

Norman Finkelşteyn ABŞ-da saxlanılıb. “Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Birləşmiş Ştatlarda İsrailə Fələstində törətdiklərinə görə etiraz edən tanınmış yəhudi alim, yazıçı Norman Finkelşteyn və yaxın ətrafındakı 20-dək şəxs polis tərəfindən saxlanılıb. İsrailin Fələstin siyasətini kəskin tənqid etməsi ilə tanınan alimin İsrailin BMT-dəki Daimi Nümayəndəliyinin binası qarşısında etiraz aksiyası keçirərkən saxlanıldığı bildirilib. Habelə aksiyada bir çox amerikalı fəalın da saxlanıldığı qeyd olunub. ABŞ mətbuatı Finkelşteynin və digər fəalların qolları qandallanaraq, polis bölməsinə aparıldığını yazıb.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.