Fiqh Sual cavab — 26 May 2014

Sual:
Dörd məzhəb imamı arasında o qədərmi böyük zaman fərqi olmuşdur ki, rəylərində bu qədər ixtilaf vardır? O ixtilaflar ki İslama kənardan müşahidə edən və ya İslamı həyatı yaşamayan şəxslərdə çaşqınlıq yaradır və bəziləri də eyni sual üzərində israr edirlər, ta ki, onları qane edəcək cavab alsınlar. Sizcə bunun səbəbi nədir?

Cavab:
Allah Qurarıi Kərimi nazil etmişdir Rəsulullahın (s) sünnəti isə onu açıqlayacaq mahiyyətdədir. Bunların hər ikisi ictihadların çoxluğuna imkan verməkdədir. Bəzən bir sözə görə müctəhidin biri hansısa hökmü və ya mənanı tərcih etdiyi halda digər müctəhid isə digər hökmü və ya mənanı tərcih edə bilər. Bu mənaların hər birini təşri edən Allah (c.c.) qoymaqdadır. Yəni Allah Təala Quranı nazil edərkən bu kitabda bütün zamana, məkana və bütün cəmiyyətlərə münasib olacaq bir və ya daha artıq mənalara gələn və hökmlər çıxarmağa imkan verən ayələr yerləşdirmişdir. Rəy və ictihadlardakı ixtilaflar Allahm istəyi ilədir və bunda heç bir zərər yoxdur. Bu ixtilaflar əslində Allahın lütfü, ondan bir rəhmətdir. Müctəhidlər arasında baş verən ixtilaflar həmçinin sahabələrin zamanında da baş vermişdir. Məsələn siz “… və başınızı məsh edin” ayəsini oxuyarkən bu ayənin başın hər hansı bir hissəsinəmi, və ya tamamınamı yoxsa konkret məlum bir hissəsinəmi məsh etmək lazım gəldiyini düşünəcəksiniz. Eləcə də məzhəb imamları bunun üzərində ixtilaf etmişlər. İmam Malikə görə başın bütün hissəsinə, İmam Şafiiyə görə başın hər hansı bir hissəsinə, İmam Əbu Hənifəyə görə isə başın dörddə birinə məsh etmək lazımdır. Quran qullara rəhmət və yüngüllük olsun deyə bu mənalarım hamısını özündə ehtiva etmişdir. Bütün bunlarla bərabər müctəhid olan şəxs öz ictihadı ilə əməl edə bilər.
Heç də şərt deyil ki, başqa müctəhidin rəyi ilə əməl etsin. Lakin qeyri-müctəhid olan kəs müctəhid olanların ictihadlarından birini seçib onunla əməl etməlidir. Ancaq bütün məsələlərdə ancaq və ancaq bir müctəhidə tabe olması şərt deyiL Heç şübhəsiz ki, bu Allahın rəhmətidir. Kim müctəhid olan bir imamın rəyi ilə əməl edərsə Allaha itaət etmiş olar. Çünki o, bu rəyini Quran nassına istinadən söyləmişdir. O ki, qaldı məzhəb imamlarının fiqhi məktəbləri arasındakt ixtilaflara bunların arasında böyük zaman fərqinin olub-olmamasının bu məsələyə heç bir aidiyyəti yoxdur. Əksinə bu cür ixtilaflı ictihadlar və rəy fərqlilikləri tarixdə eyni zamanda baş vermişlər. Bir hədisdə sabitdir ki, Rəsulullah (s) Bəni Qureyzənin fəthində səhabələrinə: “Əsr namazını yalnız Bəni Qureyzədə qılarsınız” buyurmuşdur. Bunun üzərinə bəzi səhabələr Peyğəmbərin (s) bu sözündən başqa yerdə namazı qılmamaq deyil sadəcə tələsmək, namazı Bəni Qureyzədə qılmaq mənasına gəldiyini anlamış və vaxtı gəldiyi zaman əsr namazını qılmışlar. Bəziləri isə əsr namazını Bəni Qureyzədə gün batandan sonra qılmışlar. Səhabələr Peyğəmbər (s) yanına döndükdən sonra bu hadisəni Peyğəmbərə (s) danışmışlar. O (s) da öz növbəsində səhabələrin hamısına dua etmiş. Onların hamısı ərəb dilinə istinad edən fəhmlərinə (anlama tərzi. ictihad) görə Allaha və Rəsuluna itaət etmişdilər. Quran şəriətin ərəb dilində enən əsas mənbəyidir. Ərəblərin ən bəlağətlisi olan Rəsulullahın (s) sünnəti də Onu (Quranı) ən yaxşı anlayan və izah edən dostudur.

Dr. Yusuf Əl-Kardavi

İşləyib hazırlayan: Ramin Vəkilov

Share

About Author

(0) Readers Comments

Comments are closed.