Manşet Xəbərlər — 15 August 2014

İraqın Baş naziri Nuri əl-Maliki Baş nazirlik iddiasından vaz keçdiyini açıqlayaraq, istefa verib. “Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu addımı İraqın ali mənafeyi üçün atdığını deyərək, səlahiyyətlərini Heydər İbadiyə təhvil verdiyini bildirib. Maliki lideri olduğu Qanun Dövləti Koalisiyasına daxil olan millət vəkilləri ilə birgə keçirdiyi mətbuat konfransında heç bir vəzifəyə həris olmadığını iddia edib. Koalisiya rəhbəri siyasi prosesin davam etməsi və yeni hökumətin formalaşdırılması üçün Baş nazir vəzifəsinə namizədliyindən geri çəkildiyini vurğulayıb. “İraqda stabilliyi, inkişaf və tərəqqini hədəf seçən qardaşlarım üçün bu yolda əsgər olmağı üstün tuturam. Terrorla mübarizə edən, vətənin parçalanmasının qarşısını alan və etnik qarşıdurmaya imkan verməyən bir hökumətin qurulacağına ümid edirəm”, – deyə Maliki mətbuat konfransında qeyd edib. Sabiq Baş nazir çıxışının sonunda ordu qüvvələrini kəskin addım atmamağa çağırıb.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.