Manşet Xəbərlər — 12 August 2014

Onun rəqibi Heydər İbadiyə yeni hökuməti formalaşdırmaq tapşırılıb. “Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, İraq Milli Şiə İttifaqı (İMŞİ) Baş nazir Nuri əl-Malikiyə qarşı parlament sədrinin müavini Heydər İbadini ölkənin yeni Baş naziri postuna namizədliyini irəli sürərək, hökuməti formalaşdırmağı tapşırıb. Xəbərlərdə prezident Fuad Məsumun İMŞİ-nin ölkənin yeni Baş naziri postuna İbadini namizəd kimi irəli sürməsindən sonra hökuməti qurmaq vəzifəsini parlament sədrinin müavininə tapşırdığı öz əksini tapıb. Bu arada səlahiyyət müddəti başa çatan İraqın hazırkı Baş naziri Maliki yeni hökuməti formalaşdırmağın başqa şəxsə tapşıran prezident Məsumu konstitusiyaya zidd davranmaqda ittiham edərək, İraq Federasiya Məhkəməsinə müraciət edəcəyini deyib. Məlumat üçün deyək ki, İMŞİ-yə Müqtəda əs-Sədrin liderliyindəki “Əhrar” hərəkatı, Əmmar Həkimin sədri olduğu İraq Ali İslam Şurası, Fəzilət Partiyası və İslahatlar Cərəyanı daxildir.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.