Manşet Türkiyə Xəbərlər — 13 August 2014

İHH “Mavi Mərmərə” gəmisini yenidən Qəzza zolağına yola salır. “Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Azadlıq Donanması Fələstinin Qəzza zolağına yenidən humanitar yardım daşıyan donanma göndərmək qərarına gəlib. Türkiyənin İnsan Haqq və Hürriyyətləri (İHH) humanitar yardım təşkilatının Baş ofisində keçirilən mətbuat konfransında Türkiyə, ABŞ, Yunanıstan, Norveç, Cənubi Afrika Respublikası, İsveç, Malayziya, İordaniya, Kanada, İspaniya, Fransa və İngiltərədən nümayəndələrin iştirak etdiyi toplantıda Qəzzanın yenidən azadlığa qovuşması üçün dünya xalqlarının birgə qərar qəbul etdikləri vurğulanıb. Habelə konfransda BMT-nin 2014-cü ili Fələstin xalqı ilə həmrəylik ili elan etdiyi bildirilərək, dünyanın müxtəlif ölkələrindən gəmilərin Qəzzaya dəstək üçün hərəkət edəcəyi qeyd olunub. Qəzzaya yola düşəcək gəmilərin mühafizəsi üçün hərbi gəmilərin müşayiətinin tələb olunmadığı da konfransda açıqlanıb.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.