Azərbaycan Manşet Xəbərlər — 22 October 2015

Azərbaycanın birinci xanımı,Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İsveç Sülh Agentliyinin mükafatına iki namizəddən biri seçilib.

Agentlikdən APA-ya daxil olan məlumatda bildirilir ki, digər namizəd amerikalı yazar və aktivist Elis Volkerdir (Alice Walker).

Məlumatda qeyd olunur ki, M. Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti, Azərbaycan qadınının dünya səviyyəsində müsbət obrazının formalaşmasında əvəzsiz rolu, İslam dünyası, Yağın Şərq və Qafqazda qadın haqları məsələsinə diqqətlə yanaşması, həmçinin müasir Azərbaycan qadın hərəkatının lideri kimi qadınların həyat şəraitinin tərəqqisi naminə geniş fəaliyyəti onun bu mükafata namizəd göstərilməsində əsas rol oynayıb .

İsveç Sülh Agentliyi M. Əliyevanın fəaliyyətini dəstəkləyib və yüksək qiymətləndirərək,  mükafat üçün iki namidəddən biri kimi seçib.

Qalıbin adı bu ilin noyabrında İsveçin paytaxtı Stokholmda açıqlanacaq.

/apa.az/

Share

About Author

dlvmmazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.