Manşet Xəbərlər — 04 June 2014

Çevriliş əleyhdarları Sisini prezident kimi qəbul etmədiklərini bildirirlər.

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Misirdə prezident seçkilərinin nəticələrinin rəsmi şəkildə elan edilməsndən sonra seçkilərdə qalib gələn Əbdülfəttah əs-Sisini dövlət çevrilişi törətməkdə ittiham edən müxaliflər onu legitim prezident kimi tanımadıqlarını bəyan ediblər.

Belə ki, ölkənin Azadlıq və Ədalət Partiyasının Xarici Əlaqələr Komissiyasının Baş katibi Məhəmməd Süveydan Məhəmməd Mürsinin hələ də ölkənin qanuni prezidenti olduğunu deyərək, Sisini prezident kimi qəbul etmədiklərini vurğulayıb. Süveydan Mürsinin öz vəzifəsinin icrasına başlaması üçün həbsdən azad edilməsi tələblərini də təkrarlayıb.

Bu arada Misirin Baş müfiti Şövqü Əllam yazılı açıqlamasında Sisiyə göstərdiyi etimadın müqabilində xalqın təhlükəsizlik, stabillik və ədalət tələblərinin yerinə yetirilməsini zəruri qıldığını bildirib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.