Manşet Xəbərlər — 04 July 2014

Cinsi zorakılığa məruz qalmış çevriliş əleyhdarı qızlar arasında 7-8 aylıq hamilələ belə var. “Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Misirdə çevriliş əleyhinə nümayişlərdə iştirak etdikləri üçün saxlanılan qızların cinsi zorakılığa məruz qaldıqları bildirilib. Xəbərlərdə polis məntəqələrində və təcridxanalarda cinsi zorakılığa məruz qalmış qızlar arasında 7-8 aylıq hamilələrin belə olduğu qeyd edilib. Zorakılığa məruz qalmış qızlardan biri isə açıqlamasında 14 dəfə polis tərəfindən təcavüzə uğradığını deyib. Çevrilişə Yox və Legitimliyə Dəstək üçün Milli İttifaq Hərəkatından bildirildiyinə görə, artıq hamilə qızlardan bəzilərinin abort etdiyi halda bəziləri isə bundan imtina ediblər. Misir məqamları isə hələlik sözügedən iddialara münasibət bildirmir.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.