Manşet Xəbərlər — 15 August 2014

Türkiyənin “Qırmızı Aypara” Təşkilatı Misir hökumətindən Rəfəh sərhəd məntəqəsindən Qəzza zolağına humanitar yardım göndərmək üçün razılıq alıb. “Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatın yazılı açıqlamasında bir müddət əvvəl Qəzzaya 20 ton dava-dərman və tibbi ləvazimat çatdırıldığı, bölgəyə huamanitar yardımların davam edəcəyi bildirilib. Yardım fəaliyyətinin ilk günündən etibarən Misirin Xarici İşlər Nazirliyi ilə təmasların davam etdiyi qeyd olunan açıqlamada Fələstinin beynəlxalq aləmlə əlaqəsini təmin edən Rəfəh keçid məntəqəsinin açılmasına nail olunduğu vurğulanıb. Habelə açıqlamada məntəqədən yalnız Türkiyənin “Qırmızı Aypara” Təşkilatının yardımlarının keçirilməsinə icazə verildiyi qeyd edilib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.