Maraqlı Məqalələr — 05 June 2014

Misirdə nəticəsi qabaqcadan məlum seçkilərin qeyri-müəyyən nəticəsi ediləcək boykotun miqyası və təsirləri idi. Legitimlik tərəfdarları kimi tanınan Mürsi və onun qanuni dövlət başçısı olduğunu dəstəkləyən qüvvələr xalqı keçirilən prezident seçkilərini boykot etməyə çağırmışdı. Bu çağırış başda Ümumdünya Müsəlman Alimlər Birliyinin sədri Şeyx Yusif əl-Qərdavi olmaqla 200-dən çox körfəz alimi tərəfindən də edilmişdi. Müraciətlər öz təsirini göstərmişdi. Belə ki, iki gündə keçirilməsi planlaşdırılan seçkilər seçici fəallığının istənilən səviyyədə olmamasından dolayı səsvermə prosesi daha 1 gün uzadılmış, ancaq nəticə dəyişməmişdi. Boykot seçkinin nəticələrinə kölgə salmışdı. Seçkilərdə rəsmi şəkildə Əbdülfəttah əs-Sisi və Həmdin Səbbahi bir-biri ilə rəqabət aparsa da əslində birinci devrilmiş prezident Məhəmməd Mürsinin kölgəsi ilə mübarizə aparmış, onun legitimlik həddini aşmağa çalışmışdı. Mürsinin kölgəsinə qalib gələ bilməsi üçün Sisinin 40 milyon misirlini sandıq başında səfərbər etməsi tələb olunurdu. Boykota “hə” deyən misirlilərin başına çəkic, mismar və nə gəldi vurulmalı olduğunu deyən “mismarçı” Tövfiq Üqaşə kimiləri belə seçkilərdə fəallığın 7 milyon insanın səs verməsi ilə məhdudlaşdığını etiraf etdilər. Elə yazıçı Camal Sultan da seçki ərəfəsində qələmə aldığı məqaləsində Sisinin taxtını sarsıdacaq yeganə amilin boykot olduğunu yazmışdı.

“Vaşinqton Post” qəzetində Misirdəki prezident seçkiləri ilə bağlı dərc olunan məqalədə prosesin böyük bir uğursuzluğa düçar olduğu öz əksini tapıb. Seçkilərin nəticəsini ən obrazlı şəkildə ifadə edən Sisi tərəfdarı Nəcib Saviresin redaktoru olduğu “əl-Misri əl-Yövm” qəzetinin başlığını isə aşağıdakı ifadə “bəzəyirdi”: “Bütün dostların sənə xəyanət etdi, Riçard!” Burada adı çəkilən Riçard məhz həmin şir ürəkli Riçarddır. O, kontekstdə Sisini təmsil edir! Belə ki, Riçard Qüds şəhərinin qapılarına yaxınlaşdıqda dostları və müttəfiqləri onu yalnız qoymuş, nəticədə o, Səlahəddin Əyyubinin ordusu qarşısında aciz və çarəsiz vəziyyətdə qalmışdı. Mürsinin kölgəsi ilə yarışan Sisi isə bu müqayisə ilə seçkilərdə Səlahəddin Əyyubi qarşısında məğlubiyyətə düçar olmuşdur.

“Səndəmi, Brut?!” ifadəsinin Misirdəki qarşılığı “Kullu xuləfəikə xanukə yə Riçard!” kimidir. Mənası: “Bütün dostların sənə xəyanət etdi, ey Riçard!” Əslində Qərbdə belə bir ifadə mövcud deyildir. Bu, “Ən-Nasir Səlahəddin” filmində işlədilmiş ifadə, daha doğrusu, şirürəkli Riçard obrazını canlandıran aktyor Həmdi Qeysin təxəyyülünün məhsuludur. Misirdə xalqın Sisini sandıq başında dəstəkləməməsi və seçkiləri boykot etməsi xəyanət kimi başa düşülərsə, bu, yalnız “Etmə-başına gəlməsin” kontekstində şərh olunmalıdır. O ki qaldı Əbdülfəttah əs-Sisiyə, onun rəhbəri olan Məhəmməd Mürsiyə xəyanəti sübuta ehtiyac duymur.
Bununla belə boykotun miqyasını dəyərləndirən bəzi ərəb siyasi müşahidəçilər Misir sələfilərinin liderlərinin öz tərəfdarlarını, hətta kilsə rəhbərliyinin də özlərinə tabe kütləni Sisiyə səs vermək üçün yola gətirə bilmədiklərinin ortaya çıxdığını qeyd edirlər. Habelə Nur hərəkatı və partiyası da öz gənc tərəfdarlarını seçki məntəqələrinə göndərə bilmədikləri üçün gülüş obyekti olmaqdan qurtula bilmədilər. Başqa sözlə desək, əgər ortada bir xəyanət varsa, bu, Sisinin öz tərəfdarları tərəfindən xəyanətə məruz qalmasıdır. Belə ki, onun Mürsiyə qarşı etdikləri özünə də edildi. Jurnalistlərdən biri seçkilərin keçirildiyi gün insanları Sisiyə səs verməyə çağıran Nur hərəkatının ikinci rəhbəri Yasir Burhamiyə səslənərək: “Bugün sənin saqqallı tərəfdarların heç ortalıqda görünmədilər!” – demişdi.

2005-ci ildə “Kifayə” hərəkatının qəhrəmanı olan Eymən Nur isə Sisini “Boş sandıqların prezidenti” adlandırdı. Xatırladaq ki, Eymən Nur 2005-ci ildə “Kifayə” hərəkatının lideri idi və dövrün prezidenti Hüsni Mübarəkə qarşı çıxdığı üçün təzyiqlərə məruz qalmışdı.

Məhəmməd Mürsi “30 İyun” və “3 İyul” hərəkatlarından sonra Əbdülfəttah əs-Sisi tərəfindən devrilmiş, cəmiyyətdən təcrid edilmişdir. Sözügedən dövrə eyham vuran qələm sahibi Mahmud Nəfadi Həmdi Qeysin ifadəsini Mürsiyə aid edərək, bütün dostlarının onu tərk etdiyini və seçilmiş prezidentin xəyanətə məruz qaldığını yazmışdı. Bu dünyaya etibar yoxdur. Çünki vaxtilə Nəfadinin qələmə aldıqlarını indi də Sisi üçün uyğunlaşdırırlar. Özü də “əl-Misri əl-Yövm” kimi çevrilişçi rejimə meylli mətbu orqan tərəfindən… Əgər tarix ibrətdirsə, onda məhz bu cür olmalıdır. Tərəfdarlarının fikrincə, Sisi də zəhərli kuvşindən su içib. Halbuki heç kim Sisiyə xəyanət etməyib. O, sadəcə həddi aşıb. Prezident seçkiləri keçirilənədək Sisi davamlı surətdə başqalarının arxasında gizlənib öz əməllərini həyata keçirmişdir. Başqa sözlə, başqalarını özünə sipər etmiş, öz mənfəəti üçün digərlərindən istifadə etmişdir. Seçkilərdə isə onun maskası düşmüşdür…

Məhəmməd Mürsi müasir Misir tarixində sələfləri Ömər Məkrəm və Məhəmməd Nəciblə müqayisə oluna bilər. Belə ki, Ömər Məkrəm Mehmed Əli Paşanı ön plana çıxarmış, Mürsi isə Sisini Müdafiə naziri təyin etmişdi. Burada Sisi Mehmed Əli Paşa və Camal Əbdünnasiri təmsil edir. Brut həddi isə Sisinin həddidir. Bununla belə feldmarşal Sisi Məhəmmd Mürsinin kölgəsi ilə mübarizə aparmış və nəzərəçarpacaq fərqlə məğlub vəziyyətə düşmüşdür. Son seçkidə məğlub tərəf Riçard, qalib isə Səlahəddin Əyyubidir. Sisinin kürəyi yerə vurulmuşdur. “əl-Misri əl-Yövm” qəzetinin yazdığı kimi: “Misir xalqı Səlahəddin Əyyubini dəstəkləmək üçün üzünü Sisidən yan çevirmişdir”.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.


Warning: file_get_contents(): php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(http://urls.api.twitter.com/1/urls/count.json?url=http%3A%2F%2Fazerimuslims.com%2Fdusm%25c9%2599n-120-at%25c9%2599s-z%25c9%2599rb%25c9%2599si-il%25c9%2599-susduruldu-2%2F): failed to open stream: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(): php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(http://urls.api.twitter.com/1/urls/count.json?url=http%3A%2F%2Fazerimuslims.com%2Fdusm%25c9%2599n%25c9%2599-110-at%25c9%2599s-z%25c9%2599rb%25c9%2599si-endirilib%2F): failed to open stream: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(): php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(http://urls.api.twitter.com/1/urls/count.json?url=http%3A%2F%2Fazerimuslims.com%2Fsuriya-muxalifl%25c9%2599rinin-liderl%25c9%2599rind%25c9%2599n-z%25c9%2599hran-%25c9%2599lus-s%25c9%2599hid-olub%2F): failed to open stream: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(): php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(http://urls.api.twitter.com/1/urls/count.json?url=http%3A%2F%2Fazerimuslims.com%2Fm%25c9%2599h%25c9%2599mm%25c9%2599d-peyg%25c9%2599mb%25c9%2599r%25c9%2599-oda-yazmis-yapon-imperatoru%2F): failed to open stream: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(): php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(http://urls.api.twitter.com/1/urls/count.json?url=http%3A%2F%2Fazerimuslims.com%2Frusiya-qiricilari-suriyada-x%25c9%2599st%25c9%2599xanalari-vurub%2F): failed to open stream: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(): php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(http://urls.api.twitter.com/1/urls/count.json?url=http%3A%2F%2Fazerimuslims.com%2Fdusm%25c9%2599nin-pilotsuz-ucan-aparati-m%25c9%2599hv-edildi%2F): failed to open stream: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(): php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(http://urls.api.twitter.com/1/urls/count.json?url=http%3A%2F%2Fazerimuslims.com%2Ferm%25c9%2599nil%25c9%2599r-at%25c9%2599sk%25c9%2599s-rejimini-115-d%25c9%2599f%25c9%2599-pozublar%2F): failed to open stream: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179