Manşet Xəbərlər — 05 August 2014

İsrail və HƏMAS atəşkəsi qəbul edib. “Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Misirin təklif etdiyi 72 saatlıq atəşkəs İsrail və HƏMAS tərəfindən qəbul edilib. Fələstinin Qəzza zolağındakı İslam Müqavimət Hərəkatı (HƏMAS) Misirin 72 saatlıq atəşkəs təklifini qəbul etdiyini açıqlayıb. HƏMAS sözçüsü Fövzi Bərxum yazılı açıqlamasında atəşkəs təklifini qəbul etdiklərini Misir tərəfinə rəsmi şəkildə bildirdiklərini deyib. İsrail dövlət radiosunun Baş nazirlikdəki mənbələrinə istinadən bildirdiyi xəbərdə Nazirlər Kabinetinin Siyasi və Təhlükəsizlik Komitəsi üzvlərinin Misirin təşəbbüsü ilə qeyd-şərtsiz irəli sürülən atəşkəs təklifinin dəyərləndirilərək, qəbul edildiyi öz əksini tapıb. Xəbərdə İsrailin müzakirə heyətinin atəşkəsin əldə olunması məqsədilə keçiriləcək görüşlərdə iştirak etmək üçün Qahirəyə yollanacağının gözlənildiyi də vurğulanıb. Məlumat üçün deyək ki, Misirin təklif etdiyi Qəzzada atəşkəs təklifi bu gün səhər saat 07.00-dən etibarən qüvvəyə minib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.