Manşet Xəbərlər — 05 June 2014

Çevrilişlə hakimiyyətdən uzaqlaşdırılan prezident xalqa məktunla müraciət edib.
“Azerimuslims.com” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Feysbuk” sosial şəbəkəsində Misirin hərbi çevrilişlə iqtidardan uzaqlaşdırılan dövlət başçısı Məhəmməd Mürsinin müraciəti yerləşdirilib.

Müraciətində vəzifəsini icra etdiyi müddət ərzində başda rüşvətxorluq olmaqla törədilən cinayətlərə qarşı mübarizə apardığını bildirən Mürsi əmanətə əsla xəyanət etmədiyini qeyd edib. Misir xalqının bir və həmrəy olmasını istəyən sabiq prezident dinc yolla mübarizənin davam etdirilməsini istəyib.

Mürsi müraciətində ölkədə keçirilən prezident seçkilərində hərbi çevrilişin memarı sabiq Müdafiə naziri Əbdülfəttah əs-Sisinin qələbə qazandığını qeyd edərək, dünyanın azad xalqlarının oynanan tamaşanın nəticələrini tanımadığını vurğulayıb.
Sabiq prezident müraciətinin sonunda Allahın Misir xalqına zəfər nəsib edəcəyinə inandığını da bildirib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.