Manşet Xəbərlər — 02 December 2014

ABŞ-ın Respublikaçılar Partiyasının üzvü Cek Uitlinin siyasi karyerası bitmək üzrədir.

“Azerimuslims.com” Rusiya mətbuatına istinadən xəbər verir ki, partiyanın tanınmış üzvü, Minnesota ştatı üzvü vəzifəli şəxslərindən olan Uitli müsəlmanlar haqqında “Feysbuk” sosial şəbəkəsindəki rəsmi səhifəsində sərf etdiyi sözlərdən dolayı vəzifəsindən uzaqlaşdırılıb.

Uitli istefaya getmək istəmədiyini, ancaq partiyadan olan həmkarlarının istəyindən sonra belə bir qərar qəbul etmək məcburiyyətində qaldığını deyib.

Xatırladaq ki, Respublikaçılar Partiyasının tanınmış üzvü “Feysbuk” sosial şəbəkəsindəki statuslarından birində müsəlmanları terrorçu adlandırmış və hər il milyonlarla “parazit”in Məkkəyə yollandığını ifadə etmişdi.

Uitli məhz sözügedən statusundan dolayı dərhal partiya rəhbərliyi tərəfindən kəskin tənqid olunmuşdu.

/azerimuslims/

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.