Manşet Xəbərlər — 05 August 2014

Qurumun Baş katibi Fələstində baş verənləri “barbarlıq” adlandırıb. “Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad Əmin Mədəni İsrailin Qəzzaya təcavüzünü “hərb tarixində az rast gəlinən barbarlıq nümunəsi” kimi xarakterizə edib. Mədəni İsraillə münasibət quran təşkilata üzv ölkələri rəsmi Təl-Əvivlə münasibətləri yenidən nəzərdən keçirməyə çağırıb. Baş katib İƏT-in rəsmi internet saytında yerləşdirilən açıqlamasında İsrail ilə münasibət quran bütün ölkələri məsum insanları və vətənlərini parçaladığı, öldürdüyü kimi əllərindəki ən dəyərli şeyləri olan dinlərini ayaqlar altında əzən bu dövlətlə münasibətləri yenidən nəzərdən keçirməyə dəvət edib. İsrailin Qəzzadakı məscidləri hədəf almasını qınayan Mədəni işğalçı rejimin fələstinliləri Rəblərinə sığındığı məkanları da dağıtmağa çalışmaqda ittiham edib. Baş katib İsrailə siyasi dəstək verən və törətdiyi vəhşiliyi ört-basdır edən ölkələri cinayətdə şərik olduğunu bildirib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.