AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 23-04-2014
Sübh05:10
İşraq06:51
Zöhr13:39
Əsr17:27
Məğrib20:28
İşa22:03
 

Günün sualı
Sizcə, Suriyanın Qərbli müttəfiqlər tərəfindən vurulması regional müharibəyə səbəb ola bilərmi?
Bəli
Xeyr
Bilmirəm
Bu məni maraqlandırmır

Sualların arxivi


   Rəy və təklifləriniz
Email:

   göndər


  Tarixdə qanlı ləkə - Kərbəla faciəsi
07-01-2009

İlham Rüstəmov

Tarixdə qanlı ləkə - Kərbəla faciəsi

Tarixin bir çox şanlı və  rüsvayedici, tükürpədici səhifələri vardır. Bunlardan biri olan Kərbəla faciəsi bütün yer və göyləri lərzəyə gətirmiş, tarixə həm şanlı həmdə tükürpədici qanlı ləkə kimi düşmüşdür.


Bu faciənin böyük miqyaslı olmasının səbəbi hadisənin qəhrəmanının dünyada ən çox sevilən, ən çox rəğbət bəslənilən Allahın rəsulu Hz. Məhəmmədin (s) nəvəsi Hz. Hüseyn (r) olmasıdır.

Bu faciə həm də ona görə dəhşətlidir ki, Rəsulullah (s) bunu əvvəlcədən bilmiş, amma heç nə edə bilməmişdir. Bu xəbər Peyğəmbərə (s) Cəbrayıl (Ona salam olsun!) tərəfindən bildirilmişdir. İmam Əhmədin Hz. Ənəsə istinadən etdiyi rəvayətdə deyilir:

“Yağış mələyi Rəsulullahın (s) yanına girmək üçün izin istədi. Ona izin verildi. Mələk içəri girdiyi zaman Allahın rəsulu (s) Ümmü Sələməyə (r): “Qapını bağla və qapıda dur ki, heç kəs yanımıza gəlməsin!” - deyə buyurdu. Ancaq Əlinin oğlu Hüseyn (r) gəldi və   qaçaraq içəri girdi, Rəsulullahın (s) çiyninə dırmaşdı. Mələk Rəsulullahdan (s) soruşdu:

- Sən onu sevirsənmi?

- Bəli.

- Ümmətin onu öldürəcək. İstəyirsən öldürəcəkləri yeridə sənə göstərim.

Bunuə dedikdən sonra mələk əllərini çırparaq Rəsulullaha (s) qırmızı rənglir torpaq göstərdi. Bu zaman Ümmü Sələmə (r) o torpağı götürərək paltarının bir ucuna yığıb düyünlədi. Ümmü Sələmə (r) deyirdi: “Biz Hüseynin (r) Kərbəlada öldürüləcəyini daha əvvəllər eşitmişdik”.

Həmçinin, Əhməd bin Hənbəl Abdullahın atasından bunu rəvayət edib:

“Mən  Əli (r)  ilə birlikdə yola çıxmışdım. Neynəvaya gəlib çatdıqda mənə: “Səbir et, ey Əbu Abdullah! Firat quyusuna çatdığın zaman səbir et!”- deyə səsləndi.

Mən ondan bununla nəyi demək istədiyini soruşdum. O da bu cavabı verdi:

“Bir gün Rəsulullahın (s) yanına getmişdim. Gözlərindən yaşlar axırdı. Soruşdum ki, “Ey Allahın rəsulu, niyə ağlayırsan?” Cavab verdi:

-Bir az bundan qabaq Cəbrayıl yanımda idi. Mənə Hüseynin Firat quyusu yanında öldürüləcəyini bildirdi və istəsəm öldürüləcəyi yerin torpağını mənə iylədə biləcəyini söylədi. Əlini uzatdı və mənə bir ovuc torpaq  verdi. Mən də o torpağı gördükdə dözə bilmədim, ağlamağa başladım”.

Bu hədislər Kərbəla faciəsi və onun qabaqcadan xəbər verilməsi haqqında İbn Kəsirin “Tarix” kitabında keçir. Heç şübhəsiz ki, Hz. Hüseynə zülm edildi. Allah Hüseyni öldürənə də, öldürmə əmrini verənə də lənət etsin!

Bu hadisədə təəssüf doğuran cəhət bəzi insanların tutduğu mövqedir. Belə ki Hz. Hüseyn Məkkədə oturduğu halda, ona biri-birinin ardınca məktub göndərərək onu Kufəyə gəlməyə təhrik etdilər. İbn Abbasın (r), Abdullah ibn Ömərin (r) və digərlərinin Hz. Hüseyni atasına (imam Əliyə) xəyanət etdikləri kimi, ona da xəyanət edəcəkləri haqda xəbərdar etmələrinə baxmayaraq,  o, çıxmaq qərarını verdi. İmam Hüseyn əvvəlcə Müslimi (r) elçi göndərdikdən sonra özü də yola çıxdı. Vali Übeydullah ibn Ziyad tədbir görməyə başlayan kimi imama beyət edən (sədaqət andı içən) 18000 nəfər bir gecənin içində andlarını pozaraq imamın elçisi Müslimi (r) o zalımlara təhvil verdilər. Sonra isə imam Hüseynin faciəli ölümünü duyduqları zaman yas tutub, sinə döyüb, mərsiyə deyib ağlamağa başladılar. Çağıran da özləri, xəyanət edən də özləri, sinə vurub ağlayan da özləri idi!

Təəssüfolsun ki, Hz. Hüseynin qətlindən və ümumiyyətlə Əhli Beytə qarşı edilən zülm və vəhşilikdən öz məqsədi üçün sui-istifadə edənlər olmuşdur və bu gün də vardır (Allah müsəlmanları onların şərrindən qorusun!). Əslində burada yeni bir şey yoxdur. Tarixən və bu gün də insanların faciəsindən öz mənfəəti üçün istifadə edib özünə karyera qazananların, rəqiblərini yıxmaq istəyənlərin müxtəlif oyunlarının şahidi olmaq mümkündür. Çünki siyasi qruplarda, əsas məqsəd hakimiyyətə gəlməkdir.

İmam Hüseynin qətlində yuxarıdakı qorxaqlıq, ikiüzlülük nümayiş etdirdikdən sonra riyakarlığa girişənlərdən başqa, Əhli beytin həqiqi aşiqləri də olmuşdur. Məsələn, bu cinayətdən sonra Kufə valisi Übeydullah ibn Ziyad minbərə çıxaraq: “Yalançı oğlu yalançı Hüseyn ibn Əlini öldürən və öz dəstəsinə yardım edən Allaha həmd olsun!” - deyə sözünə başlayarkən camaatdan bəziləri qalxıb: “Ey pozğun qadının oğlu! Yalançı sənsən, sənin atandır, səni bura təyin edəndir və onun atasıdır (bununla Yezidi və onun atası Muaviyəni nəzərdə tuturdular)! Siz yalançılar doğruların dili ilə danışırsınız”. Həmçinin, Hz. Hüseynin (r) kəsilmiş mübarək başı Küfəyə gətirildiyi zaman vali Übeydullah ibn Ziyad əlindəki əsa ilə onun dodaqlarına toxunmağa başladı. Buna tab gətirə bilməyən Rəsulullahın yaşlı səhabəsi Zeyd ibn Ərqam: “Çək o əsanı! Özündən başqa ilah olmayan Allaha and olsun ki, mən Rəsulullahı (s) o dodaqlardan öpərkən gördüm” deyərək özünü ağlamaqdan saxlaya bilməmişdi.

Salam olsun o igid qəhrəmanlara! Ar olsun imamı yarı yolda buraxan xain qorxaqlara! Ölüm olsun bu cinayətini törədənlərə!

İmam Hüseyn isə öz şəhadəti ilə tarix yazdı. Bir Peyğəmbər nəvəsinə yaraşan da elə bu idi. O zülmə qarşı mübarizəni nümayiş etdirmiş, bu yolda özünü fəda vermişdi.

Salam olsun sənə, ey cənnət əhli gənclərin və şəhidlərin böyüyü,  ey gözəl insan! 

10277 dəfə oxunub

İstifadəçi şərhləri


Sirius Fazik 09-01-2009 , 08:12

Qezza Kerbalanin muasir portretidir.
Hani İslam hemreyliyinden dem vuran dovletler.
Qarabag muharibesinde oldugu kimi Qezzada da susdular.
Yehudilerin her birine 10 muselman getse onlardan bir nefer de qalmaz.Amma niye getmirler cunki QORXAQ və Pul Herisidirler.

Mahammadali 08-01-2009 , 05:11

Tarix yazilir ki insanlar tarixe baxib ibret alsinlar, amma biz musulmanlar taricxi hekayeler olaraq oxuyur tesirlenib sonra ise unudub gedirik.
Dunen eger Kerbelada Huseyni tek buraxdilarsa musellmanlar bugun Gazzedeki Huseyineri meydanda tek buraxdilar.
SALAM OLSUN O IGID QEHRAMANLARA! AR OLSUN ONLARI YARI YOLDA BURAXAN QORXAQLARA!


Muslim 07-01-2009 , 15:52

Mashallah! gozel toxunmusuz!


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.