Manşet Xəbərlər — 13 August 2014

ABŞ prezidenti Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib. “Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Birləşmiş Ştatlar prezidenti Türkiyənin 12-ci prezidenti seçilən Ərdoğana zəng edərək, ona yeni vəzifəsində uğurlar arzulayıb. Obama telefon danışığında Ərdoğanın bilavasitə xalq tərəfindən seçilən ilk prezient olaraq, Türkiyəni daha da irəliyə aparmaq üçün tarixi fürsət əldə etdiyini vurğulayıb. Türkiyə Baş nazirliyinin ABŞ prezidentinin təbrik zəngi ilə bağlı açıqlamasında Obamanın Ərdoğanın bazar günü seçkilərin qeyri-rəsmi nəticələri məlum olduqdan sonra etdiyi çıxışını təqdirlə qarşıladığı bildirilib. Liderlərin telefon danışığında beynəlxalq gündəmin başlıca mövzusu olan Qəzzadakı son vəziyyət də müzakirə olunub.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.